Namiq meyxanaçı həmkarından yazdı:   “Allah günahlarını bağışlasın, Aydın!“

saytların hazırlanması

Evə çatdırılma

Namiq meyxanaçı həmkarından yazdı: “Allah günahlarını bağışlasın, Aydın!“

Şou

13 Yanvar 2021 16:39 1419


"Gecə səhərə qədər Aydın yuxumdan çıxmayıb... Bir az yaxşılaşmışdı. Əhvalı yaxşı idi, gülürdü, bir az da kökəlmişdi".

Yenisabah.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yazıb. Sənətçi mərhum meyxanaçı Aydın Xırdalanlı ilə bağlı yuxusunu bölüşüb:

"Saatlarla ona həvəsləndirici sözlər dedim, bəzən ixtiyarsız gözümdən yaş gəlirdi, ondan gizlətməyə çalışırdım. Amma hiss edirdim görür. Həm də hiss edirdim ki, əvvəlki kimi məsləhətlərimi qulaq ardına vurmur. Söhbətimiz ona yaxşı təsir edirdi. Xəstəliyini müalicə etmək həvəsi çoxalırdı onda. Sağalacağına yenidən ümidlənmişdim. Ayıldım göz yaşıyla, baş ağrısıyla. Aydın isə yanımda deyildi. Allah sənin günahlarını bağışlasın, Aydın. Allah sənə rəhmət eləsin". pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!