Namizəd olduğu deyilən müğənnidən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Namizəd olduğu deyilən müğənnidən açıqlama

Şou

17 İyul 2024 18:08 914


Müğənni Humay Aslanovanın YAP-dan deputatlığa namizəd olması barədə məlumatlar yayılıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, sənətçi bu məlumatı təkzib edib.

Deputatlığa namizədliyi irəli sürülən xanımla sadəcə ad-soyadı eynidir: "Mənim ata adım Tahir, namizədin ata adı isə Tofiqdir. Ola bilər, ad və soyadlar eyni olduğu üçün anlaşılmazlıq olub". Toyuqlu pizza

"Deputat olmaq kimi bir istəyiniz varmı" sualına isə müğənni belə cavab verib: "Niyə də olmasın?! Amma hazırda ilkin hədəfim Əməkdar artist fəxri adı almaqdır".

Qeyd edək ki, YAP-ın 107 saylı Tovuz - Qazax - Ağstafa dairəsindən namizədi Aslanova Humay Tofiq qızıdır. 

Məlumat üçün bildirək, müğənni H.Aslanova məşhur cazmen, Əməkdar artist Akif Süleymanbəylinin ansamblında çıxış edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!