“Nar” Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, yeni konseptə uyğun və müasir avadanlıqlarla təchiz edilmiş mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.
Qeyd edək ki, yeni dükan Gəncə şəhəri, Vəli Xuluflu küçəsində (Qafqaz Ticarət Mərkəzində) yerləşir. pizza hut
Mobil operator yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, 7,8,9 fevralda müştərilərə “Nar” nömrələr hədiyyə verəcək. Bundan başqa, telefon və aksesuar alanlara da hədiyyələr təqdim olunacaq.
Telegram kanalımız