"Güclü Ermənistan" Partiyasının liderlərindən biri - Narek Karapetyanın ölkəni tərk etməsinə məhdudiyyət tətbiq olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə siyasətçi özünün sosial şəbəkəsində yayımladığı video müraciətdə məlumat verib.
O qeyd edib ki, qadağa barədə Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars məntəqəsinə getmək istəyərkən öyrənib. Sezar pizza
Karapetyan çəkiliş qrupu ilə birlikdə Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı vəziyyəti araşdırmağı planlaşdırdığını vurğulayıb:
"Lakin Ermənistanın sərhəd xidməti mənə həmin əraziyə səfərimin qadağan edildiyini bildirdi və çıxışıma məhdudiyyət qoydu".
Qeyd edək ki, Narek Karapetyan "Güclü Ermənistan" Partiyasının rəhbəri, sahibkar Samvel Karapetyanın qardaşı oğludur./Oxu.az
Telegram kanalımız