Natavanın həyat yoldaşı kimdən narazıdır?   - “Sevdiyinə peşman olursan“

saytların hazırlanması

Evə çatdırılma

Natavanın həyat yoldaşı kimdən narazıdır? - “Sevdiyinə peşman olursan“

Şou

16 İyul 2021 11:49 1479


"Əsl sevgini nəinki özümdə, heç ətrafımda da görmürəm. Dostluq güclə qalıb, sevgi yox. Kənarda sevgililər görəndə də baxırsan ki, gözlərində işıq yoxdu".

Yenisabah.az xəbər verir ki, bu sözləri reper dado (Səid Əliyev) "Youtube"da yayımlanan "Mən" layihəsində deyib. Bir müddət əvvəl müğənni Natavan Həbibi ilə boşandıqlarını açıqlayan sənətçi artıq sevgiyə inanmadığını deyib:

"Hamı kənardakıların fikri ilə yaşayır. Baxırsan ki, cütlülklərin gözündə işıq yoxdur. Qız rəfiqələrinə, oğlan dostlarına görsətmək üçün münasibət qurub. Şəxsən özüm sevgidə də, dostluqda da çalışıram istilik ötürüm. Sonda görürsən ki, hamı "odeyalı" öz tərəfinə çəkir. Dostunla düşmən olursan, sevdiyinə peşman. Vaxt keçdikcə hamının olmayan eqosu çıxır ortaya. Hamımız çox eqoluyuq. Hamı dünyanı öz ekranından görür. Dostu, sevgini yaratmaq üçün çalışmalısan. Hamı elə bilir elə dünya mənimdir". Marqarita pizza

Dado yaşadığı çətinliklərdən söz açaraq bunları əlavə edib:

"Həyatda o qədər çətinliklər olur ki... Tez-tez olur ki, əlimi qaldırıram göyə: Allah, niyə bu günü yaşayır, ağrını keçirirəm. Hər zaman çalışmışam ki, kiməsə kömək olum. Ölümdən qorxmuram. Ancaq şikəst qalıb, valideynlərimin, qardaşımın, dostların boynunda qalmaqdan qorxursan. İmkan verməzdim ki, valideynlərim, dostlarım pul tapın və mənim ömrümü uzadın. Suda boğulmaqdan qorxuram"   

Qeyd edək ki, Natavan və Dado cütlüyünün bir oğlu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!