NATO Bakı və İrəvanı təmkinli olmağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

NATO Bakı və İrəvanı təmkinli olmağa çağırdı

Dünya

07 Mart 2023 12:32 549


NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Qarabağda baş verən son insidentdən söz açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, rəsmi “Twitter” səhifəsində yazıb:

“Xankəndi yaxınlığında ölümlə nəticələnən insidentlə bağlı xəbərlər məni çox narahat edir. Bu hal danışıqlar masası arxasında həll olunmamış məsələlərin həlli yollarının tapılmasının aktuallığını göstərir. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”. pizza

Bundan başqa, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasətinin sözçüsü Peter Stano da oxşar çağırış edib.

“Aİ Qarabağda baş verən və ən azı 5 qurbanla nəticələnən zorakılığa görə təəssüflənir. Bu ölümcül hadisə ilə bağlı şərait hərtərəfli araşdırılmalıdır. Bütün maraqlı tərəfləri regional sabitliyə daha da xələl gətirə və sülh prosesinə təhlükə yarada biləcək növbəti hərəkətlərin qarşısını almaq üçün təmkinli olmağa çağırırıq”, – deyə Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti İdarəsinin bəyanatında deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!