Nazarbayev və ailəsi bütün imtiyazları itirdi

saytların hazırlanması

Evə çatdırılma

Nazarbayev və ailəsi bütün imtiyazları itirdi

Dünya

15 Fevral 2023 16:41 808


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında” Qanunu qüvvədən salıb.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə o, Konstitusiya qanununu imzalayıb. Bundan əvvəl sənəd parlamentin hər iki palatasının birgə iclasında təsdiqlənib.  

“Birinci prezident haqqında” Qanunda eks-prezident Nursultan Nazarbayev və onun ailə üzvləri üçün bir sıra imtiyazlar var idi. O hətta törətdiyi əməllərə görə məsuliyyətə cəlb oluna, saxlanıla, həbs edilə və həbsdə saxlanıla, axtarışa məruz qala, dindirilə və ya şəxsən axtarışa məruz qala bilməzdi. Dördpendirli pizza

Toxunulmazlıq Nazarbayevə və onunla birlikdə yaşayan ailə üzvlərinə məxsus bütün əmlaka da şamil edilirdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!