Nazilə Səfərli ölkəni tərk etdi   - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərli ölkəni tərk etdi - SƏBƏB

Şou

27 Yanvar 2021 22:44 3260


 

Xarici İşlər Nazirliyi tanınmış şairə Nazilə Səfərlinin müraciətinə müsbət cavab verib.

Yenisabah.az xəbər verir ki, bu barədə N.Səfərli özü məlumat verib. O, qeyd edib ki, artıq atası ilə Gürcüstana yola düşüb: pizza sifarişi

"Əmim Məmmədov Binəli Allahverən oğlu Rusiyada rəhmətə gedib. Atam Məmmədov Bəhlul Allahverən oğlu qardaşının dəfn mərasimində iştirak etmək üçün Gürcüstana getməliydi. Pandemiyaya görə, Azərbaycanı tərk edə bilmirdi. Atamın dəfndə iştirak etməyə getməsi üçün Xarici İşlər naziri Ceyhun Bayramova müraciət etdim.

Müraciətimə müsbət cavab verildi. Atama və mənə ölkəni tərk etmək üçün icazə verildi. Bu həssas məqamda nazirliyin bu qərarına görə, XİN rəhbərliyinə və Gürcüstanın Azərbaycandakı səfirliyinə minnətdarlığımı bildirirəm. Artıq atamla mən yas mərasimində iştirak üçün yola çıxmışıq". /Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!