Nazir baş “çekist”in bəyanatına görə Moskvaya zəng vurdu

saytların hazırlanması

Evə çatdırılma

Nazir baş “çekist”in bəyanatına görə Moskvaya zəng vurdu

Siyasət

05 Mart 2019 20:56 1258


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın işğal altındakı Füzuli rayonundan ötən həftə verdiyi bəyanata görə Moskvaya zəng vurub.

"Yeni Sabah" xəbər verir ki, nazir bunu Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan rəhbərliyinin son bəyanatları sülhə xidmət etmir. Məsələn, Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyinin son bəyanatı. Mən bu məsələ ilə bağlı bu gün telefonla Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla danışdım”-Məmmədyarov bildirib. Toyuqlu pizza

Azərbaycan XİN rəhbəri habelə ATƏT sədrindən xahiş edib ki, Yerevana gedəndə erməni rəhbərliyindən soruşsun: “Biz xalqları sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?”

Layçak isə erməni tərəfinin Dağlıq Qarabağın danışıqlarda iştirakına dair israrlarına münasibət bildirib. “Minsk Qrupu danışıqlar üçün yeganə formatdır və bütün münaqişə tərəfləri bunu qəbul edib. Formatda hər hansı dəyişiklik qarşı tərəflə razılaşdırılmalıdır”-o deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!