Nazir Hindistandan Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib

saytların hazırlanması

Evə çatdırılma

Nazir Hindistandan Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib

Siyasət

10 May 2025 13:46 401


Azərbaycanın Pakistan-Hindistan məsələsində mövqeyi beynəlxalq hüquqa əsaslanır.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, son gərginliyin başlama səbəbi Pakistan ərazisinə zərbələr endirilməsi olub: “Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bir dövlətin digər dövlətin ərazisinə zərbələr endirməsinin qəbuledilməzliyini söylədik. Bizim çağırışlarımız hər iki tərəfə bu gərginliyə ən qısa zamanda son qoymaq, bu problemin siyasi diplomatik müstəvidə həll edilməsidir”. pizza hut

Nazir Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib: “Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”. (Apa)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!