Nazirliyin 319 əməkdaşı tənbeh olunub  - SƏBƏB
01 Avq 2020 13:02
445

Nazirliyin 319 əməkdaşı tənbeh olunub - SƏBƏB

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Yenisabah.az ƏƏSMN-ə istinadən xəbər verir ki, bu dövrdə Nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər