Nazirliyin Afrika qoyunları tənqid hədəfi oldu

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin Afrika qoyunları tənqid hədəfi oldu

Sosial

19 Fevral 2019 20:03 1331


Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında (CAR) səfərdədir.  Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər. 

Lakin nazirliyin Afrikadan qoyun idxal edəcəyi xəbəri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə ölkədə kifayət qədər qoyun olduğunu, xüsusilə də Afrikadan idxala ehtiyac olmadığı kimi tənqidlər səslənir.

Tanınmış jurnalist Eynulla Fətullayev də məsələyə münasibət bildirib. O, sosial şəbəkə hesabında  bununla bağlı yazıb. “Afrikadan Azərbayacana qoyun idxalı beynimi yaman məşğul edib. Deməli, bizim Kənd Təsərrüfatı Nazirliyinin bir neçə əməkdaşı Cənubi Afrika Respublikasına səfər edib, Azərbaycana qoyunların idxalı üzrə proqram üzərində baş sındırır. Maraqlıdır, Azərbaycandan Cənubi Afrika Respublikasına təyyarə xərcləri təxminən 5 min manatdır. 4-5 əməkdaşın bilet pulu 20 min edir. Üstəgəl hotel + səfər xərcləri... Təxminən 50 min manat. 50 min manat - bir böyük qoyun sürüsünün puludur. Bu da sizə proqram. Bunun üçün dünyanın sonuna səfər etmək lazımdır. Bu məntiqi mənə kim izah edə bilər?” – deyə jurnalist bildirib. pizza hut

Bununla bağlı nazirlikdən “Yeni Sabah”a  bildirilib ki, məsələ bir az fərqli konteksdə təqdim edilir. “Nazirlik Cənubi Afrikadan qoyun gətirmir. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ora  beynəlxalq tədbirdə iştirak etmək üçün gedib. İstənilən halda, hansısa bir ölkəyə tədbirə gedəndə həmin ölkənin təcrübəsi ilə maraqlanırlar. Yəni heç kəs, heç nə gətirməyib. Bu məsələni bir az fərqli konteksdə təqdim edirlər.  Əlavə deyilən şəkildə bir şey yoxdur”- deyə qeyd edilib.

Qeyd edək ki, ötən gün bununla bağlı nazirlik rəsmi açıqlama yaymışdı və həmin açıqlama qurumun saytına da yerləşdirilmişdi. Lakin bu gün mövzu sosial şəbəkələrdə tənqid olunduqdan sonra informasiya saytdan çıxarılıb. Oxuculara həmin xəbərin rəsmi dövlət agentliyində dərc olunmuş “screen”nini təqdim edirik: 

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!