“Neftçi” uduzdu, “Qarabağ”dan çətin qələbə
25 Fev 2021 21:35
311

“Neftçi” uduzdu, “Qarabağ”dan çətin qələbə

Azərbaycan Premyer Liqasında XVII turun oyunları başa çatıb.

Yenisabah.az xəbər verir ki, bütün görüşlər bu gün keçirilib.

Matçlardan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunub. Üç görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanıb. “Sabah” isə öz meydanında “Keşlə” ilə heç-heçə edib.

"Qarabağ" "Neftçi"nin məğlubiyyətindən maksimum yararlanıb. Ağdam klubu "Səbail"i məğlub edərək liderlə xalları bərabərləşdirib.

"Qəbələ" isə öz meydanında "Sumqayıt"ı məğlub etməyi bacarıb.

Qeyd edək ki, növbəti turun oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

XVII tur

25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” –“ Sumqayıt” - 1:0

Qol: Ceyms Adeniyi, 50

Qəbələ şəhər stadionu

 

16:00. “Zirə” – “Neftçi” - 1:0

Qol: Davit Volkov, 67

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu

 

17:30. “Sabah” – “Keşlə” - 1:1

Qollar: Fofana Tiemoko, 90+1 - Şəhriyar Əliyev, 79

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev

“Bank Respublika Arena”

 

18:30. “Qarabağ” – “Səbail” - 1:0

Qol: Xayme Romero, 72

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov

“Azersun Arena”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər