“Neftçi” - “Zirə” matçı qolsuz bitdi
28 Noy 2020 17:57
563

“Neftçi” - “Zirə” matçı qolsuz bitdi

Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Neftçi" "Zirə"ni qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu günə nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

Qeyd edək ki, turun "Keşlə" - "Sabah" və "Səbail" - "Qarabağ" oyunları noyabrın 29-da keçiriləcək.

28 noyabr (şənbə)

16:00. "Neftçi" – "Zirə" - 0:0

“Bakcell Arena”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər