“Neftçi”dən yeni transfer

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”dən yeni transfer

İdman

15 Oktyabr 2020 23:22 1752


"Neftçi” növbəti transferini rəsmiləşdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək. Teluşi müqavilə imzaladıqdan sonra əsgər salamı verməsi ilə diqqət çəkib. Pepperoni pizza

Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!