16 Avqust - 05:54
“Neftçi”dən yeni transfer

“Neftçi”dən yeni transfer

İdman

24 İyun 2022 21:27 620


"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" İsrailin "Makkabi" (Hayfa) klubundan ayrılan qanalı hücumçu Qodsvey Donyonun keçidini açıqlayıb.

Qeyd edək ki, 2013 - 2016-cı illərdə İngiltərənin "Mançester Siti" klubunun U-18 və U-21 komandalarında çıxış etmiş 28 yaşlı forvard Danimarkada "Norşellan", Almaniyada "Dinamo" (Drezden) klublarında da forma geyinib. Afrikalı oyunçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Ağ-qaralar" daha əvvəl İsrailin "Aşdod" klubundan yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!