Nəriman Axundzadənin komandası yeni mövsümə məğlubiyyətlə başladı

saytların hazırlanması

Evə çatdırılma

Nəriman Axundzadənin komandası yeni mövsümə məğlubiyyətlə başladı

İdman

22 Fevral 2026 10:26 445


Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni komandası “Kolambus Kryu” MLS-də yeni mövsümə məğlubiyyətlə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, Ohayo təmsilçisi müntəzəm mövsümün ilk turunda səfərdə “Portlend Timbers”in qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Nəriman Axundzadə ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. O, “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!