“Nəvəmin “Barselona”da oynaması xoşuma gəlmir“ - Futbolçunun babası

saytların hazırlanması

Evə çatdırılma

“Nəvəmin “Barselona”da oynaması xoşuma gəlmir“ - Futbolçunun babası

İdman

24 İyun 2026 13:54 194


İspaniya millisi və “Barselona” klubunun gənc forvardı Ferran Torresin babası Xoakin Qarsiya nəvəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, o, 26 yaşlı futbolçunun mundialdakı çıxışını izləmədiyini və “Barselona” klubunda oynamasını istəmədiyini bildirib:

“Barselona”dan xoşum gəlmir. Ferranın “Levante”də oynamasını üstün tutardım, bu mənim üçün gün kimi aydındır. İspaniya millisindəki çıxışını isə ümumiyyətlə izləmirəm. Ferranın çıxışından xəbərim yoxdur. Arvadım (Ferranın nənəsi) isə tam əksinə, evdə şam yandırıb, nəvəsi üçün dua edir. Ferranın anası da onun dünya çempionatında oynamasına məndən daha çox sevinir." Sezar pizza

Ferran Torres digər “La Masiya” məzunlarından fərqli olaraq, katalon yox, ispandır. Ferran Torresin daha əvvəlki açıqlamalarında futbolçu olmasını babasına borclu olduğunu, lakin babasının onu “Real Madrid” formasında arzuladığını bildirmişdi.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!