Niderland Ukraynaya “F 16” qırıcıları verir? - Baş nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Niderland Ukraynaya “F 16” qırıcıları verir? - Baş nazir açıqladı

Dünya

27 May 2023 13:36 636


“Ukraynaya “F 16” qırıcılarının tədarükü ilə bağlı qərar hələ verilməyib, lakin Niderland bu ehtimalı ciddi şəkildə nəzərdən keçirir”. 

Yenisabah.az xəbər verir ki, bu barədə cümə günü Niderlandın Baş naziri Mark Rutte mətbuat konfransında bildirib. 

Bundan əvvəl Niderland ukraynalı pilotlara “F 16” qırıcılarını idarə etmək üçün tez bir zamanda təlim keçməyə başlamaq istədiklərini bildirmişdi. Proqram tərəfdaşlarla, o cümlədən Belçika, Böyük Britaniya, Danimarka ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. ABŞ təlimə “yaşıl işıq” yandırmışdı.  pizza sifarişi

Niderlandın onlarla “F 16” qırıcısı var və onlar tədricən daha müasir “F 35”-lərlə əvəz olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!