Niyamdan Aynura: “Mənimlə bir yataqda yatmayacaqsansa, məni dolama”

saytların hazırlanması

Evə çatdırılma

Niyamdan Aynura: “Mənimlə bir yataqda yatmayacaqsansa, məni dolama”

Şou

25 Aprel 2022 18:24 951


“Yeni müğənni deyiləm ki, gündəmə gəlmək üçün filankəslə evlənim. Ayıb olar mənə”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami bildirib.

Aygün Kazımova ilə yeni layihəsi olduğunu vurğulayan müğənni: “Piar etsəm, onunla olan layihəmin piarını edərəm”, - deyib.  pizza

“Aynurla bir proyektim hələ yoxdur mənim, mayın 17-si mənim şoumun eksklüziv qonağı Aygün Kazımovadır. Onunla layihəm olacaq. Aynur dediyi kimi, planlı olsaydı, Aygün xanımla planlı şəkildə işlər görürəm, mahnı yazdırıram, görürsünüz, sizə deməmişəm. Mən belə şit-şit şeyləri xoşlamıram.

Mən açığını danışan adamam, Aynuru dostum kimi qucaqlayıb-öpəndə zarafatla dedik ki, gəl evlənək. Dəfələrlə demişəm ki, dolana biləcəksən mənimlə? Ailə mənim üçün başqa sistemdir. Sən mənimlə bir yataqda yatacaqsan, yatmayacaqsansa, məni dolama”. 

Niyam Aynur Dadaşovanın “Toy olmayacaq, bu sadəcə konsertin piarı idi” açıqlamasından məyusluğunu gizləməyib:

“Müsahibəni elə verərdi ki, Niyam mənim dostumdur, dost qalmağı qərar verdik və s. Amma belə olmaz, məni vurmuş olursan. Mən sənə demişəm “evlənək”, sən demisən, “mən sənə ərə getmirəm”. 

Qeyd edək ki, Niyam bir müddət öncə Aynur Dadaşova ilə evlənəcəklərini, yayda toy olacağını açıqlamışdı. Daha sonra Aynur çıxan xəbərləri təkzib etmişdi.Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!