Niyamdan qorxunc etiraf: “Həşiş əkmişdim“  - Video
13 Yan 2021 15:20
656

Niyamdan qorxunc etiraf: “Həşiş əkmişdim“ - Video

"Bundan öncə yaşadığım evdə şərait mənə uyğun olmadığı üçün onu satıb həyət evi tikdim. Ağacsız yaşaya bilmərəm. Ən orijinal əncir mənim həyətimdədir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami ARB telekanalında yayımlanan “Onun Sirri” verilişində deyib.

Karantin müddətində  öz həyətində ağacları ilə bərabər vaxt keçirən ifaçı uşaqlıqda narkotik maddə əkdiyini etiraf edib:

“Uşaq vaxtı həşiş əkmişdim. Qoyun yedi. Ondan sonra əkmədim. Daha o yaşda deyiləm. Yaşım 40-ı ötüb, bütün keyfləri gördüm. Araq içdim, viski içdim, tekila içdim, onu, bunu elədim. Ondan sonra dayandım”.   

Həmin görüntüləri təqdim edirik: 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər