Növbəti erməni təxribatı - Rusiya meylini Qarabağdan sərhədə salır...

saytların hazırlanması

Evə çatdırılma

Növbəti erməni təxribatı - Rusiya meylini Qarabağdan sərhədə salır...

Siyasət

11 Aprel 2023 19:50 2915


Ermənilərin sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhidlərimiz var. Erməni tərəfi isə 3 itki verib və bir neçə yaralısı var. Hətta Ermənistan Əlahiddə Ümumqoşun Korpusun komandiri Armen Gözəlyan da yaralanıb. Korpus komandirinin cəbhədə yaralanması vəziyyətin gərginliyindən söz açır.

Maraqlısı isə budur ki, erməni tərəfi niyə vəziyyəti indi gərginləşdirdi? Əslində, cavab sadədir: mayda Vaşinqtonda keçirilməsi planlaşdırılan üçtərəfli görüş əsnasında bu hadisənin olması heç də təsadüfi deyil. Hansı ki, Rusiya son zamanlar Avropa İttifaqının müşahidə missiyasını effektsiz sayır və regiona KTMT sülhməramlılarının gətirilməsində təkid edir. Deməli, Qarabağda həyata keçirdiyi özbaşınalıqlardan doymayan Rusiya indi də sərhədə meylini salıb.

Putinin Ukrayna kampaniyasında bataqlığa düşdüyü hər kəsə bəllidir. Avqustdan bəridir ki, Baxmutu ala bilməyən Kreml isə bu gün nə əldən doyur, nə də yardan.

Amerikanın Vaşinqton formatı ilə danışıqların yeni manevrini elan etməsindən sonra isə "rus ayı"sının dərisinə birə düşüb. Təsadüfi deyil ki, Paşinyanın KTMT sammitində məlum kağızı imzalamaması Rusiyanı Ermənistana qarşı sərt hərəkətlərə sövq etdirə bilər. Burada ən vacib məsələ isə Ermənistan ordusunda generalitet heyətinin birbaşa "beşinci kolon"a işləməsidir. Yəni Rusiya tərəfləri Vaşinqton formatından çəkindirmək, habelə KTMT sülhməramlılarının bölgəyə dislokasiya olmasını təmin etmək üçün bu yola əl ata bilər. Dinsiz erməninin öhdəsindən gəlməyə çalışan imansız Rusiyanın "arxa bağçası" saydığı Cənubi Qafqazda bu kimi silahlı insidentlərin olması isə birbaşa Paşinyan iqtidarının nüfuz dairəsinin sarsılmasına hesablanıb.

Hər nə qədər Baş nazir Nikol Paşinyan ölkədə Rusiyaya yaxın zabit heyətini qazamata basdırsa da, orduda ona qarşı çıxan yüksək çinli zabit heyətinin olması istisna olunmur.

Hadisələrin yekunu ilə bağlı proqnoz vermək çətin olsa da, ordumuzun bugünkü erməni təxribatına layiqli cavab verəcəyi dəqiqdir. Ermənistan və onun havadarları növbəti dəfə fiaskoya uğrayacaqlar.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!