“Nur 3” “Sepah”a kəşfiyyat məlumatları ötürəcək

saytların hazırlanması

Evə çatdırılma

“Nur 3” “Sepah”a kəşfiyyat məlumatları ötürəcək

Dünya

27 Sentyabr 2023 17:25 437


“Nur 3” peykinin Yer səthindən topladığı bütün təsvirlər “Sepah”ın kəşfiyyat tələbləri üçün istifadə olunacaq.

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanı general-mayor Hüseyn Səlami deyib.

Onun sözlərinə görə, yeni peyk “Nur 2”dən 7 kiloqram ağırdır və daha yüksək dəqiqlik, keyfiyyətə malik təsvir avadanlıqlarına malikdir. pizza mizza

Xatırladaq ki, zondlama və identifikasiya peyki olan “Nu 3” peyki buraxılışdan 500 saniyə sonra 7,6 km/s sürətlə 450 km orbitə yerləşdirilib.

O, İslam İnqilabı Keşikçiləri Korpusu artıq “Qasid” raketi ilə orbitə çıxarılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!