Nurəddin Xocanın məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Nurəddin Xocanın məhkəməsi başladı

Kriminal

11 Fevral 2019 23:08 894


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə yönələn açıq çağırışlar və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən, Qarabağ müharibəsi veteranı Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

N.Xocanın vəkili Elçin Sadıqov cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. pizza

Vəsatət təmin edilməyib və məhkəmənin baxış iclası fevralın 14-nə təyin olunub.

İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, rəhbərlik etdiyi "Teref.info" saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!