“O boyda Fransa, paytaxtı Paris od tutub yanır…” - Siyavuş Novruzov

saytların hazırlanması

Evə çatdırılma

“O boyda Fransa, paytaxtı Paris od tutub yanır…” - Siyavuş Novruzov

Siyasət

09 Fevral 2019 00:40 1108


“Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz reportyorlar”, “Soros” fondu, Amerika Birləşmiş Ştatlarının müəyyən qeyri-hökumət təşkilatları, Avropadakı bəzi deputatlar ölkəmizə sırf qərəzlə yanaşıblar”.

Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, bunun bir səbəbi həmi qurumların idarə heyətlərində erməni lobbisi tərəfindən təmsil olunanlar və oradan maliyyələşənlər: “İkincisi, Azərbaycanın siyasi, iqtisadi uğurlarını həzm edə bilməyən qüvvələr mövcuddur. Yəni, bu qüvvələr Azərbaycanda iqtisadi inkişafı görürlər. Görürlər ki, ölkəmizdə siyasi problemlər həll olunur. Baxırlar ki, burada yeni iş yerləri açılır…

O boyda Fransa, paytaxtı Paris od tutub yanır, bir kəlmə bu haqda söz açmırlar. İnsanların dırnaqlarını çıxarırlar. Yaralayırlar. Mindən artıq insan həbs olunub. Sərbəst toplaşmaq azadlıqlarını yerinə yetirdiklərinə görə dəmir barmaqlıqlar arasına salınıblar”. pizza

Millət vəkili bildirib ki, əgər bunlar insan haqlarının və hüquqlarının müdafiəçisidirsə, bir milyondan artıq insanın hüququ pozulub, qaçqınlarımız var: “Onlar öz ata-baba yurdlarından didərgin salınıblar. Yerli özünüidarə orqanlarında seçmək, seçilmək hüququndan məhrum ediliblər. Ermənilərin ərazilərimizin beşdə birini işğal etməsi nəticəsində məcburi köçkünlərimiz mülkiyyət hüquqlarından məhrum ediliblər. İndiyə kimi bunlarla bağlı bir kəlmə də olsun fikir səsləndirməyiblər.

Guya peşə faliyyəti ilə bağlı həbslər baş verib. Hansı peşə fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq hər kəsin hüququ qanun qarşısında bərabərdir. Bu istər Avropada, istər Amerikada, istərsə də Azərbaycanda belədir, qanunu pozursansa, qanunun aliliyi tətbiq olunur. Azərbaycanda da qanunu pozanlar məhkəmə qərarı ilə cinayət məsuliyyətinə cəlb edilib. Əgər kiminsə şikayəti varsa, Apelyasiya məhkəməsinə, Ali məhkəməyə, Konstitusiya məhkəməsinə müraciət edə bilər. Əgər orada verilən qərarla qane olmursa, Avropa Məhkəməsinə müraciət edə bilər”.

Hafta.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!