O həkim Vüqar Qurbanovun qohumu imiş

saytların hazırlanması

Evə çatdırılma

O həkim Vüqar Qurbanovun qohumu imiş

Kriminal

08 Oktyabr 2026 12:16 639


Abşeronda bıçaqlanan direktor müavininin kimliyi bilinib.

“Yeni Sabah” Lent.az-a istinadən xəbər verir ki, bıçaq xəsarətləri alan şəxs xəstəxananın direktor müavini Orxan Ənvərlidir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Orxan Ənvərli TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili Nəzarət və Monitorinq Departamentinin rəhbəri olub və həmin vaxt Qurbanov soyadını daşıyıb. Pepperoni pizza

Bildirilir ki, Vüqar Qurbanov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Orxan Qohumluq əlaqəsini gizlətmək məqsədilə soyadını dəyişərək Ənvərli edib. Buna baxmayaraq, o, əvvəlki rəhbər vəzifəsindən azad olunaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!