Oğlu ölən modeldən təsirli paylaşım   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Oğlu ölən modeldən təsirli paylaşım - Fotolar

Şou

25 Sentyabr 2020 11:38 1050


Türkiyəli aparıcı, model Ebru Şallı sosial şəbəkə hesabında aprel ayında dünyasını dəyişən oğlu Parsın doğum gününü təbrik edib. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, oğlunun fotosunu paylaşaraq “sənin üçün izah edə bilməyəcəyim qədər darıxıram”- deyə şərh verib. 

Aylardır övlad acısı çəkən sənətçinin sözləri hər kəsi duyğulandırıb: pizza hut

"Mənim “ponçik”im, səni çox sevirəm. Oğlum olduğuna görə sevinirəm, səni dünyaya gətirdiyimə görə sevinirəm.  Mənə yaşatdığın hər bir an üçün sənə minnətdaram. Sənin anan olduğum üçün özümü şanslı hesab edirəm. 9 il bir mələklə yaşadım, mələyin nəfəs aldığını gördüm. Anan səni çox sevir, mələyim, ad günün mübarək. Sənin üçün çox darıxıram, bir gün mütləq qovuşacağıq”.

Qeyd edək ki, modelin keçmiş həyat yoldaşı Harun Tandan olan 9 yaşlı oğlu Pars, aprel ayında müalicə aldığı xəstəxanada ölüb. Məşhur modelin oğlu təxminən 1 ilə yaxındır ki, limfa xərçəngindən müalicə alırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!