“Oğluma toy qismət olmadı” - Şəhid anası 

saytların hazırlanması

Evə çatdırılma

“Oğluma toy qismət olmadı” - Şəhid anası 

Sosial

06 Mart 2023 12:21 841


"Evə yeni köçmüşük. Binada kiminsə toyu olmuşdu. Oğluma dedim ki, bəs sənin toyun nə vaxt olacaq? Qismət olmadı".

Yenisabah.az xəbər verir ki, bunu ötən gün erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Şəhriyar Əlibəylinin anası Sahilə Əliyeva deyib.

"Vətən məni yetişdirib, bu yerlərə yolladı, şeiri ilə birinci sinfə qəbul olmuşdu. Mən müəllim kimi Şəhriyarla bərabər vətənpərvər gənclər yetişdirmişdim. Mən şəhid anası olmaq istəmirdim axı", - deyə o bildirib. Toyuqlu pizza

Qeyd edək ki, martın 5-də səhər saatlarında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat zamanı 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu şəhid olub./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!