Ölkəyə qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

Kriminal

24 Mart 2019 20:17 936


Gömrük nəzarətindən gizlədilən siqaret, mobil telefon aksesuarları və kürü aşkarlanıb.

DGK-dan “Yeni Sabah”a verilən məlumata əsasən, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “VAZ -21013” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd “Marlboro” markalı siqaret, 10 ədəd “Apple” markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb. pizza

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ -21063” markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd “Marlboro” markalı siqaret və 10 ədəd “Apple” markalı qulaqcıq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!