Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
“Yeni Sabah” xəbər verir ki, C. Zeynallı özü "Qafqazinfo"ya açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirib:
"Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Pepperoni pizza
Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?".
Telegram kanalımız