“Gözümüzü yumub-açıb görürük ki, 40 gün keçdi. Adam elə bil dünən yanımda idi”.
Bu sözləri “Yeni Sabah”a meyxanaçı Aydın Xırdalanlının 40 mərasimində iştirak edən Mehman Əhmədli deyib. O bildirib ki, Aydınsız məclis, toylar boş görünür:
“Demək olar ki, biz hər gün zəngləşirdik. Artıq o zənglər olmur. Bu günə qədər hər cümə axşamları yığışırdıq, hardasa o boşluğu doldururduq. Aydının yoxluğu bundan sonra daha çox bilinəcək”. pizza hut
Meyxanaçı bildirib ki, Aydının nömrəsi hələ də telefonunda qalıb. O həmçinin A.Xırdalanlının ölümündən sonra onun haqqında səsləndirilən mənfi fikirlərə də münasibətini bildirib:
“İnternetdə görmüşəm. Amma ölünün dalınca danışmaq kişi hərəkəti deyil. Qadın olsa adam deyər ki, insana yaraşmır, amma kişi edirsə, demək kişilik deyil. Öldü getdi. Bu insan haqqında danışmaq, nə etdiklərini demək yaxşı deyil. O getdi, Allah bilər. Sən onun yaxşı işlərini de. Birincisi Aydın narkomanlıqdan getmədi, xəstəlikdən öldü. Açıb ağartmaq yaxşı deyil. Əksinə, deyin ki, Aydın meyxanaya, mədəniyyətə necə təkanlar verdi, nə qədər yaxşı işlər gördü. Xain, ev yıxan deyildi. Bunları niyə demirsiz? Başqa şeylər axtarıb tapırsız. Yaraşdırmıram”.
Əcəmi Əsədulla
Telegram kanalımız