Şou-biznesdə olan kişilərin botoks etdirməsi və saçını boyaması müğənni Kərim Abbasovu cin atına mindirib.
Yenisabah.az xəbər verir ki, ARB TV-nin "Show_news" verilişinə danışan Abbasov əsəblərinə hakim kəsilə bilməyib: "Botoks etdirib, əcəb edib. Hansısa qadln müğənni gedib sinəsini böyütdürüb, əcəb edib. Sənə nə? Yaxşı edib. Gedin özünüzə baxın! Bu mövzular ölməyib hələ? Allaha and olsun, utanıram ancaq. Saç boyası belə gəldi, botoks belə getdi... Qurtarın! Ayıbdır, bunlar iyrənc söhbətlərdir. Gedin öz həyatınızı yaşayın, kim neyləyir özü bilər. Görsəm ki, saçımda ağ çoxdur niyə saçıma rəng qoymamalıyam? Mən indidən qocalmaq istəmirəm, indidən ağ saçı görəmyi istəmirəm. Gedin baxın, yaşlı nəslin çoxunun saçında rəng var. İndi noldu, onların hamsının kişiliyində problem var?"
Həmin görüntüləri təqdim edirik: pizza
Telegram kanalımız