Oqtay Əliyev Xatirəyə cavab verdi: “Heç kim ona pul verməyəcək”

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əliyev Xatirəyə cavab verdi: “Heç kim ona pul verməyəcək”

Şou

21 Fevral 2021 08:31 1623


“Soy” prodakşnın rəhbəri Oqtay Əliyev müğənni Xatirə İslamın müharibə vaxtı Türkiyədə olması ilə bağlı ittihamlarına cavab verib.

O.Əliyev bildirib ki, müğənninin bu ittihamları doğru deyil: “Əgər xəbəri varsa bilir ki, müharibə ərəfəsində yollar bağlı idi, Türkiyəyə getmək olmurdu. Döyüşlərdə bibim oğlu, xalam nəvəsini şəhid verdim. Aidiyyatı təşkilatlar bilir ki, mən müharibədə nələr etdim. Bu, Xatirənin biləcəyi məsələ deyil, durub mühakimə edir. Mən müharibə dövründə bəzi müğənnilərin yoxa çıxmasını deyəndə, qadınları nəzərdə tutmuram. Orada ümumi danışmışam. Qeyd etmişəm ki, Rusiyada məşhurlaşan həmyerlilərimiz var. Onlara nə qədər pul töküb Azərbaycana gətirirlər, amma müharibədə yox idilər. Heç bir dəstək göstərmədilər.

Xatirə xanımın nəzərinə çatdırım ki, bir çox hərbi hissədə oldum. Qubadlı azad olunandan sonra ARB telekanalı ilə birlikdə orada böyük konsert keçirtdik, efirdə yayımlandı. pizza mizza

Xatirə xanım məşhurlaşmaq istəyirsə və ya telekanaldan pul umursa, heç kim ona pul verməyəcək. 40 günün içində iki əzizimi şəhid verdim, bunu heç kimə arzulamıram. Etdiklərimlə danışıb, qürurlanmaq istəmirəm. Mənim etdiyim yardımları bilən bilir. Əlbəttə Xatirə döyüşə getməyəcəkdi. Azərbaycan qadını əlinə silah alıb ora getməli deyil. Bizim igidlərimiz bunu etdi". /Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!