“Oqtay, məni nə vaxt dəvət etsən, gələcəyəm!” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Oqtay, məni nə vaxt dəvət etsən, gələcəyəm!” - Video

Şou

27 Oktyabr 2024 11:48 782


Əməkdar artist Dilarə Əliyeva bir müddətdir hazırlaşdığı “Mintonasiya” adlı stend-ap şousunu başa vurub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən tədbirdə aktrisa həm güldürüb, həm kövrəldib.

Mərhum Oqtay Əliyevdən söz açan Dilarə deyib: pizza hut

“Biz bu konsertə hazırlaşarkən qohum-əqrəbaya bilet göndərdik. Gördük ki,  hamıya dəvətnamə göndərmişəm. Bir nəfərdən başqa… Əminəm ki, o burdadır, məni eşidir və bəlkə də məni gözləyir. Bu gün həm də ad günümdür və o, mənə ürək sözlərimi bildirmək istəyir. Oqtay, düz danışan adam idi, mən də burada düz danışmağa çalışdım. Əgər nəyisə düz demədimsə, Oqtay, sən məni bağışla. Bağışla ki, səni dəvət edə bilmədim. Amma sən məni nə vaxt dəvət eləsən, mən gələcəm. Bura təşrif buyuran, bu gün mənə inanıb, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!