Müğənni Orxan Gəncəbay sosial media hesabında onu təhqir edən izləyicisini məhkəməyə verib.
Yenisabah.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün baş tutan məhkəmədə Gəncəbayın vəkili onu təhqir edən şəxsə həbs cəzası verilməsini və təzminat ödəməsini tələb edib. Məhkəmə zamanı dindirilən sosial media istifadəçisi ifaçını təhqir etmədiyini ona yazdıqlarının zarafat olduğunu deyib.
Bundan sonra qərar verən hakim ona ayrı-ayrılıqda 1500 və 3 bin 400 lirə pul cəzası kəsib. Sosial mediada Gəncəbayın ünvanına təhqir dolu mesajlar yazan şəxs ona ümumilikdə 4900 lirə (təxminən min 97 manat ) təzminat ödəyəcək. Sezar pizza
Telegram kanalımız