Oyun günü Bakıda 1 milyondan çox  sərnişin daşınıb

saytların hazırlanması

Evə çatdırılma

Oyun günü Bakıda 1 milyondan çox sərnişin daşınıb

Avto

31 May 2019 12:14 1093


Bakıda keçirilən UEFA Avropa Liqasının Final Oyunu ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 20-30 may tarixində xüsusi rejimdə fəaliyyət göstərib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən “Yeni Sabah”a verilən məlumatda deyilir.

Həmçinin UEFA-nın təkliflərinə əsasən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Bakı Olimpiya Stadionu və final oyunu ilə bağlı şəhərin müxtəlif hissələrində təşkil edilən məntəqələri əlaqələndirən nəqliyyat planı hazırlanıb. Plana uyğun olaraq, qeyd edilən məntəqələr üzrə azarkeşlərin daşınması məqsədi ilə 6 ekspres marşrut xətti təşkil edilib. Marqarita pizza

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından azarkeşlərin daşınmasına mayın 27-dən start verilib. 3 gün ərzində müntəzəm və çarter reysləri ilə paytaxtımıza gələn azarkeşlərin daşınması təmin edilib.

Ümumilikdə oyundan əvvəl 145 avtobus cəlb edilməklə 17 min azarkeş (sərnişin) daşınıb.

Final qarşılaşması başa çatdıqdan sonra isə 450 avtobus cəlb edilməklə 28 min azarkeş (sərnişin) daşınıb.

Həmçinin, oyun günü gün ərzində paytaxtın müntəzəm marşrut xətləri üzrə 1.500.000 sərnişin daşınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!