Öz ayağı ilə həbsxanaya gəldi, axtarışda idi

saytların hazırlanması

Evə çatdırılma

Öz ayağı ilə həbsxanaya gəldi, axtarışda idi

Kriminal

12 Fevral 2019 01:52 902


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar xidmətdən “Yeni Sabah”a verilən məlumata görə, xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu Bakı İstintaq təcridxanasının qarşısında saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd bıçaq aşkar edilib. Pepperoni pizza

E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!