Özəlləşdirmə ilə bağlı yeni tələblər

saytların hazırlanması

Evə çatdırılma

Özəlləşdirmə ilə bağlı yeni tələblər

İqtisadiyyat

09 Fevral 2019 13:17 1328


Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

Bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Qanunun hazırkı variantına əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. pizza

Yeni dəyişikliklərdə isə bu müddətin artırılaraq 10 ilə qaldırılması təklif edilib.

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!