Özildən həyat yoldaşına 80 milyonluq doğuş hədiyyəsi - Foto
02 Apr 2020 10:30
283

Özildən həyat yoldaşına 80 milyonluq doğuş hədiyyəsi - Foto

Xəbər verdiyimiz kimi İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil bir neçə gün öncə ata olub. Onun qız övladı dünyaya gəlib.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur futbolçu bu səbəblə həyat yoldaşı Amine Gülşəyə 80 milyon lirəlik malikanə hədiyyə edib. Malikanənin Londonda yerləşdiyi bildirilir. 

Mesut Özil 2014-ci ildə Türkiyə gözəli seçilən Amine Gülşə ilə ötən il ailə qurub. Futbolçu daha öncə də Amine Gülşəyə aldığı bahalı hədiyyələrlə gündəmə gəlib. 200 min lirəlik üzüklə evlilik təklifi edən Özil nişan mərasimində Amineyə 75 minlik qolbaq və 100 min lirə qiyməti olan saat hədiyyə etmişdi. Yarımmüdafiəçinin xanımına toy hədiyyəsi isə İstanbulda yerləşən mənzil olmuşdu. 

Özildən həyat yoldaşına 80 milyonluq doğuş hədiyyəsi - Foto
Özildən həyat yoldaşına 80 milyonluq doğuş hədiyyəsi - Foto

Oxşar xəbərlər