“Özümü heç kəslə paylaşmağı bacarmıram“  - Afaq Aslan

saytların hazırlanması

Evə çatdırılma

“Özümü heç kəslə paylaşmağı bacarmıram“ - Afaq Aslan

Şou

02 Sentyabr 2019 08:18 3220


Bu gün müğənni Afaq Aslanın doğum günüdür. 

“Yeni Sabah” xəbər verir ki, 40 illik yubileyini qeyd edən ifaçı ad günündə özü haqqında sosial şəbəkədə paylaşım edib. 

A.Aslan özündə bir-birinə zidd olan iki fərqli Afaqın cəmləşdiyini  vurğulayıb: pizza mizza

“Bir-biri ilə ziddiyyət təşkil edən iki Afaq.

Biri cəsarət və özgüvən dedikdə hər kəsin gözünün önündə canlandırdığı, bir çox insanların kənardan yarğıladığı,  heç kimin fikrinə əhəmiyyət verməyən, komplekssiz, öz tutduğu mövqeyində dik dayanmağı bacaran, bir çox insanların düşündüyü kimi kənardan çox yekəxana və eqoist görünən, əksər qadınların qısqanclıq obyektivi və bir qism qadınların da güc və stimul mənbəyi olan Afaq Aslan. 

Digəri isə çox az bir qism insanların dərindən tanımağa nail olduğu rəhmli, hər şeyin yerini biləcək qədər zəkalı, düşüncəli, dünyaya fərqli baxışlarla baxan, öz balaca dünyası olan və o balaca dünyasına asanlıqla hər kəsi yaxın buraxmayan, özünə qarşı aşırı dərəcədə eqoist və qısqanc olan, özünü heç kəslə paylaşmağı bacarmayan, dəyər verdiyi insanları hər kəsdən qorumağa çalışan, heç kimdən söz götürməyi sevməyən, ətrafındakı insanların belə söz deməyə ehtiyat etdiyi ağır təbiətli, özünə qapalı, ziyali ailəsində dünyaya göz açmış kövrək bir qəlbə sahib olan zehnli Afaq”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!