"Ağıllı kişi istəyir ki, yanında ağıllı qadın olsun!"
Yenisabah.az baku.ws-ə istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli deyib.
"Elgizlə izlə" verilişinə qonaq olan sənətçi kişinin gücünün onun ağlında olduğunu bildirib: "Əgər kişi ağıllıdırsa, deməli güclüdür. Gücü onun ağlındadır. O onda mütləq gedib ağıllı qadınla evlənəcək". pizza mizza
Xatırladaq ki, Ələsgərli artıq 18 ildir Rza adlı bəylə evlidir. Cütlük arasında 7 yaş fərq var. Rza əslən İran vətəndaşıdır. O, illər əvvəl Əməkdar artistin cangüdəni işləyib.
Telegram kanalımız