Pakistanın Ermənistana təyin olunmuş ilk səfiri Şəfqət Əli Xan İrəvandakı prezident sarayında təşkil olunan rəsmi mərasimdə etimadnaməsini Ermənistan Prezidenti Vaqan Xaçaturyana təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, prezident Vaqan Xaçaturyan diplomatı təyinatı münasibətilə təbrik edərək, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı bu addımın iki ölkə arasında münasibətlərin inkişafı baxımından vacib mərhələ olduğunu vurğulayıb və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə Şəfqət Əli Xan Pakistan rəhbərliyinin salamlarını çatdırıb və diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin, xüsusilə ticarət, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Pepperoni pizza
Qeyd edək ki, eyni zamanda Pakistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsini icra edən Şəfqət Əli Xan Ermənistanda iqamətgahı başqa ölkədə olmaqla nəzərdə tutulan ilk qeyri-rezident səfir kimi fəaliyyət göstərəcək. İki ölkə arasında rəsmi diplomatik münasibətlərin əsası 2025-ci ilin avqust ayında qoyulub.
Nazim Hacıyev
Telegram kanalımız