Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Pandemiya daha iki il həyatımızda olacaq” - İnfeksionistdən bədbin açıqlama
18 Sen 2021 19:25
1991

“Pandemiya daha iki il həyatımızda olacaq” - İnfeksionistdən bədbin açıqlama

Koronavirusun yoluxma arealının genişlənəcəyi və epidemioloji gərginliyin yenidən artacağı ilə bağlı proqnozlar verilir. İstər yerli, istərsə də xarici mütəxəssislər payızda koronavirusun daha güclü dalğası ilə üz-üzə qalacağımızı bildirirlər. Dalğanın söndüyü, yoluxmanın azaldığı bir dövrdə virusla bağlı təşvişedici xəbərlərin gəlməsi insanlar arasında narahatlıq yaradıb.

Yenisabah.az xəbər verir ki, həkim-infeksionist Vüqar Cavadzadə açıqlamasında pandemiya ilə bağlı qorxulu proqnozlar verib.

Onun sözlərinə görə epidemiyanın mütəmadi olaraq alovlaşmaları müşahidə edilə bilər:

“Payız mövsümündə havaların soyuması ilə əlaqədar olaraq virus infeksiayaları daha da aktivləşir və xəstəliktörətmə qabiliyyəti yüksək olur. Fikrimcə, noyabr və dekabr aylarında yoluxmalarla bağlı artım və azalmalar müşahidə ediləcək”.

Həkim pandemiyanın konkret olaraq bu il və gələn il də həyatımızda var olacağını qeyd edib:

“Epidemiyanın nə vaxt bitəcəyini heç kim deyə bilməz. Nə Ümümdünya Səhiyyə Təşkilatı, nə də bu sahənin mütəxəssisləri yetkin proqnozlar verə bilər. Pandemiya 2 ildir davam edir. Çox güman ki, hələ 2 il də mövcud olacaq”.

Vaksinasiyanın virusla mübarizəsinə gəlincə, infeksionist peyvəndləmənin qoruyuculuq müddətinin ən çoxu 4-5 ay davam etdiyini deyib:

“Bilirsiz ki, peyvənd “yoluxmayacağıq” anlamına gəlmir. Artıq xeyli insan var ki, peyvəndlənmələrindən 6 ay keçir. Onların üçüncü doz qəbul etmələri gərəkdir”.

Qeyd edək ki, indiyədək ölkədə 468 min 943 nəfər koronavirusa yoluxub. Onların 6251 nəfəri dünyasını dəyişib. Fevral ayında başlayan vaksinasiya prosesinə 7 milyon 863 min 592 nəfər cəlb olunub. /Bizim.Media

  • Museyib
    Museyib
    Salam. Həkim Vüqar Cavadzadə statiskaya inanır? O zaman istərdim verdiyim sualı cavablandırdı. Sual belədir. Çin xalq respublikasının əhalisi 1,5 milyarda yaxındır. Azərbaycanda on milyon əhi var. Bu halda necə ola bilər aktiv xəstə Çində (751)!!, Azərbaycanda 33000 yaxın? Çində yoluxma sayı pandemiya yaranandan 89000, Azərbaycanda 500000 yaxın? Çində ölənlərin sayı dörd min,Azərbaycanda 6000dən çox. Bunun cavabını verə bilər hörmətli Vüqar Cavadzadə?
    1 month ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər