“Pandemiyada pis vərdişlərimdən xilas oldum“   - Emin Ağalarov

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiyada pis vərdişlərimdən xilas oldum“ - Emin Ağalarov

Şou

22 Aprel 2021 14:33 653


Xalq artisti Emin Ağalarov yenidən Rusiyanın birinci kanalında yayımlanan "Вечерний Ургант" proqramının qonağı olub.

Yenisabah.az xəbər verir ki, müğənni pandemiyadan, vaksin vurdurmaqdan bəhs edib. O bildirib ki, artıq normal həyata qayıtmaq yaxınlaşıb:

"Koronavirusa qalib gəldim, hər şey geridə qaldı. Bir il əvvəl qarşıda bizi nəyin gözlədiyi məlum deyildi. İndi hamı peyvənd etdirdikdən sonra başa düşdük ki, sağalacağıq". Toyuqlu pizza

Emin bildirib ki, artıq biznesi də yoluna düşməkdədir. O, restoranlarının, idman zalının, konsert zalının, kinoteatrının açıldığını söyləyib:

"İndi hər şey işləyir. İş pisdir, amma açılması xoşbəxtlikdir".

Müğənni pandemiya ərəfəsində pis vərdişlərindən xilas olduğunu etiraf edib:

"Pandemiya ərəfəsində çəkə biləcəyim hər şeyi çəkdim: siqaret, qəlyan, elektron siqaret. İndi hamısından xilas olmuşam. Bu, çətin idi, əsəbi olurdum. Amma indi mülayiməm".

Sənətçi pandemiya ərəfəsində övladları ilə Dubayda dincəlməsindən də danışıb:

"Çox yaxşı dincəldik. Uşaqlar razı və xoşbəxt idilər. Ən böyük xoşbəxtlik sən övladlarınlasan və heç nə etmirsən".

Ağalarov ilk dəfə Rusiyada keçiriləcək "Jara" beynəlxalq mahnı müsabiqəsindən danışıb. O bildirib ki, tədbirdə çıxış edəcək 250 sənətçi artıq təsdiqlənib. 50 sənət adamının isə qatılması üçün danışıqlar aparılır.

"Bütün sənətçilər adi deyil, hamısı ilə dil tapmaq lazımdır. Bəziləri deyir: "Ondan sonra mən çıxmayacam". Cavab verirəm ki, ya gələn il qatılacaqsan, ya da bir gün sonra çıxış edəcəksən" deyə, ifaçı əlavə edib.

Axşam.az-ın yazdığına görə, Emin festivalın yenidən Bakıda keçirilib-keçirilməyəcəyindən də bəhs edib. "Düşünürəm ki, hə. Moskvada festivalın keçirilməsinə qərar vermək asan deyildi. Amma anladıq ki, dünyanın hər bir nöqtəsində keçirə bilərik. Növbəti il harada olacaq deyə bilmərəm" deyə, Emin cavab verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!