Partiyə çılpaq getmək Kirkorova baha başa gəldi 

saytların hazırlanması

Evə çatdırılma

Partiyə çılpaq getmək Kirkorova baha başa gəldi 

Şou

28 Dekabr 2023 17:22 1069


Xəbər verdiyimiz kimi, aparıcı Nastya İvleevanın təşkil etdiyi çılpaq partiyə qatılanlar arasında Rusiyanın Xalq artisti Filipp Kirkorov da olub. 

Axşam.az-ın məlumatına görə, bir çox şouda iştirakı qadağan edilən müğənninin adı bu dəfə “Taleyin özünə ironiyası” filminin aktyorları siyahısından çıxarılıb. Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. 

Belə ki, o, filmdə “İppolit Bedrosoviç” rolunu canlandırıb.  pizza mizza

Qeyd edək ki, bundan əvvəl Kirkorov dekabrın 31-də premyerası olacaq “İvan Vasilyeviç hər şeyi dəyişir” komediyasının posterindən çıxarılıb. Reklam afişasında Leonid Qaydayın filminin remeykində "İmperator I Pyotr" rolunu oynayan sənətçinin əvəzinə hökmdar obrazında şoumen Pavel Volya yer alıb. 

Həmçinin, Kirkorov üzr istəməsinə baxmayaraq Yeni il şoularından da uzaqlaşdırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!