Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq

Dünya

09 May 2025 12:54 377


Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq.
 

Yenisabah.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir və biz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır", - o bildirib.

Paşinyan həmçinin diqqəti tarixi Ermənistana yox, real Ermənistana yönəltməyin və gələcək nəsillər üçün xoşbəxt və azad dövlət qurmağın vacibliyini qeyd edib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!