Paşinyan: Sülhü qorumalıyıq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Sülhü qorumalıyıq

Dünya

27 Oktyabr 2025 11:35 158


Biz hər zaman təsdiq etməliyik ki, Ermənistan və Azərbaycan arasında sülh əldə edilmiş faktdır.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib: "Ermənistan Respublikası müstəqilliyinin ilk günündən münaqişə vəziyyətində olduğu üçün sülhün nə olduğunu bilmir. Müstəqillikdən əvvəlki nisbətən qısa müddətdə də biz mahiyyətcə münaqişəli bir mühitdə yaşayırdıq. pizza hut

Sülh içində yaşamaq, sülhə uyğun bir qavrayışa və düşüncəyə sahib olmaq asan bir iş deyil. Bu məsələyə çox diqqətlə yanaşmalıyıq və bu, sülhün qayğısına qalmaq zərurəti baxımından mühüm komponentdir. Biz qurulmuş sülhü qorualıyıq ki, o, daha da möhkəmlənsin və daha institutlaşsın.

Təbii ki, bu məsələ üzərində işləyirik. Azərbaycanla işimizi diplomatik kanallarla işimizi davam etdiririk. Bizim müxtəlif səviyyələrdə də təmaslarımız var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!