Paşinyan və Putin Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan və Putin Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər

Dünya

12 Dekabr 2022 19:21 907


Dekabrın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan Laçın dəhlizindəki vəziyyətlə əlaqədar Rusiya prezidenti Vladimir Putinə zəng edib.

“Həmsöhbətlər Laçın dəhlizində vəziyyətin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər. Baş nazir Paşinyan Ermənistanla Dağlıq Qarabağ arasında fasiləsiz əlaqənin təmin edilməsinin və Rusiya sülhməramlı missiyasının bu istiqamətdə ardıcıl addımlar atmasının vacibliyini vurğulayıb.

Regional kommunikasiyaların açılması prosesi, həmçinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatların reallaşması müzakirə edilib”, - bazar ertəsi axşam Ermənistan hökumətinin mətbuat xidməti bildirib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!