Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı 
26 Okt 2020 17:49
10257

Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı 

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağda yeni eskalasiyan başlayandan bəri bir neçə dəfə Azərbaycan və Ermənistanı döyüşləri dayandırmağa çağırıb.

ABŞ, Rusiya və Fransa münaqişənin hərbi yolla deyil, danışıqlar vasitəsilə həllini məqbul sayırlar.

Azərbaycan danışıqlar tərəfdarı olsa da, Ermənistan ən müxtəlif üsullarla tərəflərin masa arxasında oturmasını əngəlləyir.

Xüsusilə, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı mövqeyi münaqişənin dinc yolla həllini mümkünsüz edir.

Paşinyan Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun tanınmasında israr edir. Bu isə Azərbaycan üçün qəbuledilməzdir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin “Vaşinqton görüşü”ndən sonra da Nikol Paşinyan bu tip açıqlamalarını davam etdirir.

Ermənistanın Baş naziri Hindistanın WION telekanalının “Qlobal Liderlik Seriyası” verilişində bildirib ki, Dağlıq Qarabağ erməniləri təhlükə altındadır və bu səbəbdən müstəqilliyi tanınmalıdır.

Paşinyanın bu mövqeyi aşkar şəkildə sülh danışıqları rədd etməkdir. Erməni Baş nazir həm də bununla beynəlxaq hüquqa hörmətsizlik edir. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. ATƏT-in Minsk Qrupu da ilk gündən münaqişənin Azərbaycanın ərazi btüövlüyü çərçivəsində həllini irəli sürür. Amma göründüyü kimi Paşinyan Minsk Qrupuna da saymazyana yanaşır.

Bu halda münaqişənin yalnız hərbi yolla həll variantı qalır ki, Azərbaycan Ordusu da hazırda bu missiyanı yerinə yetirir.  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər