“Paşinyanın sülhpərvərliyi budur?” - Birinci vitse-prezidentin köməkçisi
27 Okt 2020 20:31
841

“Paşinyanın sülhpərvərliyi budur?” - Birinci vitse-prezidentin köməkçisi

“Paşinyanın sülhpərvərliyi budur? Kifayətdi ki, Bərdədə mülki əhalini Smerch raketləri ilə bombalayasan”.

Yenisabah.az xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb və Ermənistanın Baş naziri Nikol Paşinyanı işarələyib.

“Paşinyan insanlığa qarşı müharibə cinayətləri törədən bir cinayət rejimi idarə edir”.

Ermənistanın silahlı qüvvələri Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə ediblər. Nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər öldürülüb, 13 nəfər isə yaralanıb. /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər